Xəbərlər

Millinews.az – Belçikanın Baş naziri isveçli azarkeşlərin öldürülməsi ilə bağlı başsağlığı verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belçikanın Baş naziri Aleksander de Kro AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika millisi ilə oyundan (1:1) əvvəl İsveç millisinin iki azarkeşinin qətlə yetirilməsi ilə bağlı həmin ölkədən olan həmkarı Ulf Kristerssenə başsağlığı verib.

Oxu.Az xəbər verir ki, Aleksander de Kro bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“İndicə İsveçin Baş nazirinə Brüsseldə bu ölkənin vətəndaşlarına edilən dəhşətli hücumla bağlı səmimi başsağlığımı çatdırdım. Dualarımız yaxınlarını itirənlərin ailələr və onların dostları ilədir. Yaxın tərəfdaşlar olaraq terrora qarşı birlikdə mübarizə aparırıq”, – De Kro sosial şəbəkədəki hesabında yazıb.

Xatırladaq ki, Brüsseldə “Slayem Slouma” təxəllüsü ilə şəxs İsveç millisinin iki azarkeşini güllələyib. Hadisə ilə əlaqədar şəhərdə dördüncü, ən yüksək təhlükə səviyyəsi tətbiq edilib.

Görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.

 

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu