İdman

“Özümü nümunəvi aparıram ki, millətimin adına pis söz deyilməsin”

Uzun illərdir ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu sosial mediada gözlənilməz açıqlaması ilə diqqət çəkib.

Okeanın o tayında yaşayan müğənni bu dəfə sənətindən deyil, kimliyindən və məsuliyyət hissindən danışıb.

O, İnstaqramda etdiyi paylaşımda yazıb:

“Özümü nümunəvi aparıram ki, millətimin adına pis söz deyilməsin. Haqsız deyilən söz böhtandır”.

Bu sözlər izləyicilər arasında həm maraq, həm də suallar doğurub: Görəsən, sənətçini bu cür müdafiə mövqeyi tutmağa vadar edən nə olub? Onu belə emosional və açıq danışmağa sövq edən nədir?

Xatırladaq ki, Elariz Məmmədoğlu 2017-ci ildə həyat yoldaşının “Green Card” udması ilə ABŞ macərasına başlayıb. 2019-cu ildən etibarən isə ailəsi ilə birlikdə ABŞ-yə köçərək Nyu-Yorkda yeni həyat qurub. Hazırda o, şəhərin restoranlarının birində fəaliyyət göstərir, eyni zamanda Amerikadakı azərbaycanlılar üçün təşkil olunan tədbirlərdə aparıcılıq və ifaçılıqla məşğuldur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu