Xəbərlər
Naxçıvanda bu il aktiv vergi ödəyicilərinin sayı 14% artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,8% artaraq bu il oktyabrın 1-nə 14 283 olub.
Bu barədə “Report”un yerli bürosuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 26,7% artaraq 384-ə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 14,6% artaraq 5 105-ə çatıb.