Xalq artisti, tanınmış xanəndə Zabit Nəbizadə “Xəzər axşam”ında həyatının ən ağır dönəmlərindən danışıb.
Yenicag.az xəbər verir ki, o, 1988-ci ildə ona qoyulan yanlış diaqnozdan sonra ağır günlər yaşadığını dilə gətirib:
“1988-ci il idi, kürəyimdə qəfildən ağrılar başladı. Sonra da ayaqlarım şişdi. Həkimlər dərdimə əlac edə bilmirdilər. Onda da indiki kimi, tibbi texnologiya inkişaf etməmişdi. Onkoloji xəstəlik diaqnozu qoydular. Bəlli oldu ki, yanlış diaqnoz qoyulub. Altı ay quru taxta üzərində yatdım. Sağaldım. Sağalmağımı qismətə bağlayıram”.