Xəbərlər

Avropada qaradərililər ayrı-seçkiliyə ən çox bu iki ölkədə məruz qalırlar

ezgif.com webp to jpg (5)

Avropa İttifaqının (Aİ) 13 üzv ölkədə apardığı araşdırmalara görə, qaradərililər ayrı-seçkiliyə ən çox Almaniya və Avstriyada məruz qalırlar.

Millinews.az xəbər verir ki, mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən Avropa İttifaqının Əsas Hüquqlar Agentliyi (FRA) “Avropa Birliyində qaradərili olmaq” adlı hesabat dərc edib. Hesabatda qeyd olunub ki, Aİ-yə üzv olan 13 ölkədə yaşayan Afrika əsilli qaradərililər ən çox Almaniya və Avstriyada ayrı-seçkiliyə məruz qalırlar. 2022-ci ildə Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya, İspaniya və İsveçdə yaşayan 6700-dən çox Afrika əsilli insana 2022-ci ildə dəri rəngi, mənşəyi və dini kimi faktorlara görə olduqları ölkələrdə qarşılaşdıqları ayrı-seçkiliyə dair suallar verilib. Almaniyadan olan iştirakçıların 77 faizi son 5 ildə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib. Bu nisbətlə Avropadakı qaradərililərin ayrı-seçkiliyə ən çox Almaniyada məruz qaldığı müəyyən edilib.

Avstriyada isə iştirakçıların 76 faizi ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib. Beləliklə, Avstriya Avropada qaradərililərin ən çox ayrı-seçkiliyə məruz qaldığı ikinci ölkə olub.

Digər tərəfdən, Almaniyada son bir ildə məruz qaldıqları ayrı-seçkilik barədə polisə şikayət edənlərin nisbəti 9 % olduğu halda, Avstriyada bu nisbətin 5 % olduğu görülüb.

13 ölkədən olan bütün iştirakçıların 47 faizi 2022-ci ilə qədər son 5 ildə ayrı-seçkiliyə məruz qaldıqlarını bildirib.

FRA prezidenti Maykl Oflaerti hesabatın ön sözündə irqçiliyin əsl miqyasının şok və utancverici olduğunu ifadə edib.

Nəzrin

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu