Maqazin
Nurəddin Mehdixanlı efirləri sərt tənqid etdi – Azərbaycan kişisi axmaq, qadını isə həyasız kimi təqdim olunur
“Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir”.
Bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı deyib.
O, ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:
“Telekanallarımızın əksəriyyətində verilişlər var, orada azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saçyolduya çıxırlar, boşanıb-evlənirlər…
Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa… Yox, bunlardan uzaq…” / bizim.media