İdman

“Qarabağ”ın futbolçusu DÜNYA GÜNDƏMİNDƏ -Bu göstəricidə yalnız məşhur futbolçudan geri qalır

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasında ən çox blok edən futbolçular arasında qərarlaşıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, 28 yaşlı oyunçu geridə qalan VI tur ərzində 11 dəfə rəqib zərbəsinin qarşısını alıb.

O, bu göstəricidə yalnız Kipr “Pafos”unun müdafiəçisi David Luizdən geri qalır. Braziliyalı ulduz futbolçunun 13 bloku var.

Qeyd edək ki, Bəhlul Mustafazadə “Qarabağ”ın Çempionlar Liqasında keçirdiyi altı oyunun hamısında iştirak edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu