Xəbərlər

Bayden: “Dünya dönüş nöqtəsindədir”

bayden

“Hazırda dünya dönüş nöqtəsindədir və verilən bütün qərarlar gələcəyə təsir edəcək”

Millinews.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden xalqa müraciəti zamanı deyib.

“Biz tarixin dönüş nöqtəsindəyik. Bu gün verdiyimiz qərarlar gələcək onilliklərin gələcəyini formalaşdıracaq”, – Bayden deyib.

Amerika lideri həmçinin bildirib ki, Vaşinqton Ukraynaya yardımı dayandırmaq fikrində deyil. Onun sözlərinə görə, söhbət ABŞ-ın milli təhlükəsizliyindən gedir.

Siyasətçi əlavə edib ki, bu, gələcəkdə dividendlər gətirəcək ağıllı investisiyadır.

Xatırladaq ki, Bayden bu yaxınlarda İsrailə səfər etmişdi. Yerli hakimiyyət orqanları ilə danışıqlar zamanı o, Qəzzada xəstəxanaya zərbə endirilməsi məsələsi də daxil olmaqla, İsrail tərəfinə qeyd-şərtsiz dəstəyini ifadə edib.

Hüseyn İbadlı

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu