İdman

Türkiyənin rəqibi BƏLLİ OLDU – Dünya Çempionatına GEDƏ BİLƏCƏKLƏR?

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.

İsveçrənin Sürix şəhərində yerləşən FIFA-nın qərargahında təşkil olunan mərasimdə Türkiyə milli komandasının da rəqibi müəyyənləşib.

“Ay-ulduzlular” pley-off mərhələsinin yarımfinalında Rumıniya seçməsi ilə qarşılaşacaq.

Vinçenso Montellanın rəhbərlik etdiyi kollektiv finala yüksələcəyi təqdirdə isə Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcək.

Final oyununda Türkiyə qonaq komanda olacaq, yəni rəqibin meydanında oynanacaq.

DÇ-2026

Avropa zonası, pley-off

A yolu

İtaliya – Şimali İrlandiya

Uels – Bosniya və Herseqovina

B yolu

Ukrayna – İsveç

Polşa – Albaniya

C yolu

Türkiyə – Rumıniya

Slovakiya – Kosovo

D yolu

Danimarka – Şimali Makedoniya

Çexiya – İrlandiya

Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal matçları gələn ilin martın 26-da, finallar isə 31-də keçiriləcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu