MaqazinÖlkə

“Vəzifəli şəxslər elə müğənniləri öz məclislərinə çağırırlar, adını da qoyurlar ki…”

Müğənni Xatirə İslam növbəti açıqlaması ilə gündəmə gəlib.

OLAY yazır ki, sənətçi qonaq olduğu “Həmin Zaur” verilişində imkanlı şəxslərin məclisində iştirak edən bayağı ifaçılardan söz açıb.

Xatirə bildirib ki, həmin şəxslər bayağı mahnı ifa edən müğənniləri öz məclislərinə gülmək üçün deyil bu cür mahnıları əslində bəyəndikləri üçün dəvət edirlər:

“Sənət yoldaşlarımı heç zaman “bayağı” adlandırmıram. Onları çalışıram hər zaman yüksəkdə tutum. Amma onlar gərək oxuduqları mahnıların sözlərini fikir versinlər ki, sonra gülüş obyektinə çevrilməsinlər. İmkanlı və vəzifəli şəxslər “bayağı” dedikləri müğənniləri öz məclislərinə dəvət edirlər. Onlar o ifaçıları öz aləmində gülmək üçün məclislərinə çağırırlar. Amma heç nəyi gizlətmək lazım deyil. Hər bir insanın içindəki o istəkdir. Siz qulaq asmaq istəyirsiniz o “bayağı” musiqilərə mənim əzizlərim, tanışlarım, bildiklərim. Bu musiqi elə bir şeydir ki, ona zorla qulaq asmaq mümkün deyil. Siz istəyirsiniz, sadəcə olaraq ətrafınıza, iş yoldaşlarınıza utanırsınız deməyə ki, mən filankəsi dinləyirəm. Onları məclisinizə çağırıb adını da qoyursunuz ki, gülmək üçün çağırmışıq. Amma bu elə deyil. Siz onlara qulaq asmaq istəyirsiniz ona görə də onları çağırırsınız. Mahnıya qulaq asmaq istəyən insanlar utanmasınlar. Deyin ki, ruhuma oxşayir və xoş gəlir məndə məclisə çağırıram”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu