Maqazin
“Günaya dedim ki, cehiz yox, pul gətir” – Zaur
“Günayla ailə quranda dedim ki, döşək, yataq, cehizin başını burax. Pulu götür gəl. Günay qab, başqa əşyalar hazırlamışdılar. Amma dedim ki, böyük əşyalar almayın. Özümə ev düzəldəndə Günayla hər şeyi alıb düzəltmişdik. Ona görə də pulu istədim”.
Bu sözləri aparıcı Zaur Baxşəliyev “Bizimləsən” verilişində deyib. O bildirib ki, günay Baxşəliyeva ilə ailə quranda cehiz yox, pul istəyib.
Zaur əlavə edib ki, toydan əvvəl özü üçün ev alıb və əşyalarını da quraşdırıb. / Axşam.az