Xəbər verdiyimiz kimi Tiktok sosial şəbəkəsində 9 yaşlı övladı Adəmlə canlı yayımlara çıxan və videolar paylaşan Ağcabədi rayonunun Hüsülü kənd sakini Sadiq Mirzəyev azadlığa buraxılıb.
Bu barədə onun görüntüləri sosial şəbəkələrdə paylaşılıb.Görüntülərdə “Sadiq kişi həmişə azadlıqda” şərhi qeyd olunub.
Xatırladaq ki, məhkəmənin qərarı ilə S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, Ağcabədi rayon sakini olan 9 yaşlı Adəmin atası ilə birgə canlı yayımlar açması, nalayiq ifadələr işlətməsi, gələcək tərbiyəsinə neqativ təsir edə biləcək mövzularla bağlı müzakirələr aparması cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bununla bağlı olaraq azyaşlının atası Sadiq Mirzəyev bir neçə dəfə polis şöbəsinə dəvət edilib.
Daha əvvəl, Adəmin söyüş söydüyü videosunu paylaşan həmkəndlisi Samir Ələsgərov həbs edilib.
Əlavə edək ki, onun azadlıqdakı görüntülərində saçlarının qırxılmadığı müşahidə edilib. Sosial mediada paylaşılan iddiaya görə, onun ailəsi və uşaqları nəzərə alınaraq saçları qırxılmayıb. Digər həbs olunan kişi tiktokerlərin saçları qaydalara uyğun olaraq qırxılmışdı.
https://newstube.az/embed/167894