Xəbərlər

“İnter Mayami”nin Messini sevindirmək planı

fvovpocmq5 ajhviq6pq8q

“İnter Mayami” “Qremio”nun hücumçusu Luis Suaresi transfer etmək istəyir.

Millinews.az xəbər verir ki, MLS klubu qış transfer pəncərəsində uruqvaylı futbolçunu heyətinə qatmağa çalışacaq. “The Mirror” nəşri bu barədə məlumat yayıb.

Xəbəri Florida təmsilçisinin baş məşqçisi Xerardo Martino da təsdiqləyib. O qeyd edib ki, klubun növbəti mövsüm üçün 2 planı var:

“Bəli, onunla bağlı planımız var. Luis Suaresi transfer edə bilməsək, bu, komanda üçün faciə olmayacaq. Çünki başqa planımız da var. Amma onun transferi dostu Lionel Messini mütləq sevindirəcək”.

Qeyd edək ki, Suares Leo ilə 2014-2020-ci illərdə “Barsa”da komanda yoldaşı olub. Uruqvaylı forvard komandanı tərk etsə belə, onlar ailəvi münasibətlərini davam etdiriblər. Futbolçular Barselonada qonşudurlar.

Əlavə edək ki, Luisin “Qremio” ilə müqaviləsi 2024-cü ilin dekabrına qədərdir. Bu mövsüm o, 43 oyun keçirib, 18 qol vurub və 13 məhsuldar ötürmə edib.

Heybət

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu