Azərbaycan təyyarəsinin qalıqları hadisə yerindən götürüldü – VİDEO
Aktauda qəza enişi edən Azərbaycana məxsus təyyarənin qalıqları hadisə yerindən götürülüb.
Modern.az-ın məlumatına görə, sosial şəbəkədə təyyarənin qalıqlarının daşınması görüntüləri yayılıb.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.
Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.
Həmin görüntüləri təqdim edirik:
https://t.me/modern_azz/48179?embed=1