Televiziya aparıcısı Zaur Kamal yenicə universitetə daxil olan oğlu Bartudan danışıb.
Oğlunu da özü ilə birgə “Həmin Zaur” proqramına çıxaran aparıcı övladının ictimai nəqliyyatdan istifadə etdiyini deyib:
“Bartu dünən efirə çıxıb gəlib evdə deyir ki, ata, mən universitetdə gəzə bilmirəm. Universitetdə deyirlər ki, Zaur Kamalın oğlu da metro ilə gəlib-gedər?”
Bartu Kamal isə cavabında sadə insan olduğunu bildirib:
“Mən də deyirəm ki, biz də insanıq. Metro yaxşıdır, tıxac-filan olmur. Ayrı-seçkilik olmaz, hamımız sadə insanlarıq”.
Qeyd edək ki, teleaparıcının övladı bu il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. O, atası kimi televiziya aparıcısı olmaq niyətindədir.
https://player.bax.tv/embed/201487.html?
Yenisabah.az