Ersin Tatar Azərbaycan xalqına və dövlətinə təşəkkür edib
“Azərbaycanda tarixi günlər yaşayırıq. Azərbaycan xalqına və dövlətinə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edirik”.
Millinews.az xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Bizlər Şərqi Aralıq dənizindəki mühüm geostrateji coğrafiyada yerləşən Şimali Kiprin mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaq üçün gəlmişik”, – o vurğulayıb.
E.Tatar bildirib ki, Prezident İlham Əliyevlə görüşüb: “Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. Tək millət dövlət şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə öz dəstək verməlidir”.
O deyib ki, Şimali Kiprdə Azərbaycanda baş verən bütün hadisələri yaxından izləyir: “44 günlük Vətən müharibəsində kıbrıslı türklərin ürəyi Azərbaycanla döyünüb. Biz eyni dili danışan xalqlarıq”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.