Xəbərlər

Bakıda yolötürücülərindən birinə giriş məhdudlaşdırılacaq


Noyabr ayının 12-i səhər saat 8:00-dan axşam saat 17:00-dək Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yoltürücüsündə təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Millinews.az-a verilən məlumata görə, aparılacaq işlərlə əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunur.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu