Xəbərlər
Yəhudilər ABŞ Konqresində aksiya keçirirlər
Amerika yəhudiləri Vaşinqtonda ABŞ Konqresində oturaraq etiraz aksiyası keçirirlər.
Millinews.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar İsraillə HƏMAS arasında atəşkəs olması üçün çağırış ediblər.
Atəşkəs tələblərini ABŞ qanunvericilərinə çatdırmaq üçün Konqresin binasında oturaraq etiraz aksiyası keçirən nümayişçilər “Atəşkəs indi” şüarını səsləndirib.
Nümayişçilər Qəzza zolağında atəşkəs elan edilməyənə qədər Konqresi tərk etməyəcəklərini bildiriblər.
Polis nümayişçilərə müdaxilə edərək onları Konqres binasından çıxarmağa çalışıb.