Maqazin
Barda tanış oluğu qızı otelə aparan oğlan ayılanda həyatının şokunu yaşadı – FOTO
ABŞ-da son dövrlərin ən qəribə oğurluq hadisəsi olub.
Hadisə Mayamidə baş verib. Təxminən 30 yaşı olan qadın barda bir oğlanla tanış olub və əvvəlcə yeyib-içiblər.
Daha sonra cütlük otelə gedib. Burada qadın oğlanın içkisinə dərman töküb. Nəticədə oğlan yatıb. Bundan istifadə edən qadın oğlanın 600 min dollarlıq qızıllarını və Rolex markalı bahalı saatını oğurlayaraq, qaçıb. Qadının görüntüləri liftin kamerasına həkk olunub.
Oyanıb qarət olunduğunu bilən zərərçəkmiş polisə üz tutub. Polis kameraya düşən qadının fotosunu hər yerdə yayaraq, axtarışlara başlayıb. Ancaq oğrunun sanki “qeybə çəkildiyi” bildirilir. / lent.az