Xəbərlər

Arif Babayevə Prezidentin fəxri diplomu təqdim edildi

arif babayev

Xalq artisti Arif Babayevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Bu barədə Millinews.az-a Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də görkəmli muğam ustadı, bu il anadan olmasının 85 illiyi qeyd olunan Xalq artisti, Prezident təqaüdçüsü Arif Babayevi evində ziyarət edib.

Nazir Arif Babayevin əlamətdar yubileyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu bildirib.

Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.

Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu