Regionlarda bankomatların və Pos-terminalların sayı artıb
2023-cü il oktyabr ayının 1-nə Azərbaycanda bankomatların sayı 3 119 ədəd, POS-terminalların sayı isə 81 799 ədəd təşkil edib.
Millinews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankomatların sayı 3% və ya 90 ədəd, POS-terminalların sayı isə 9.9% və ya 7 343 ədəd artıb.
Qeyd edək ki, bankomatların 1621 ədədi ( 52%-i) Bakıda, 1498 ədədi ( 48%-i) regionlarda yerləşir. Eyni zamanda POS-terminalların 55 362 ədədi ( 67.7%-i) Bakıda, 26 437 ədədi ( 32.3%-i) isə regionlarda yerləşir.
Hesabat dövründə, regionlarda yerləşən bankomatların sayı illik müqayisədə 6.8%, POS-termionalların sayı isə 8.1% artıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.