Razi Nurullayevdən şok cavab: Vətəndaşa elə bir söz yazdı ki… – Foto
81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev vətəndaşı təhqir edib.
Deputatlığa namizəd feysbuk hesabında paylaşdığı videonun şərh bölümünə yazılmış rəyə təhqiramiz formada cavab verib.Belə ki, bir istifadəçi “sizin 5 il ərzində İmişli camaatına xeyriniz dəyməyib, işiniz ancaq hökuməti tərifləmək olub” rəyi Razi Nurullayevi özündən çıxarıb:
“Çünki sən korsan. Uğursuz və başqalarının etdiyinə həsəd aparan nankor adamsan. Qəribətdir ki, ASAN Xidmətdə işləyə bilirsən. Bu da ölkəmizin qəribəliyidir. Bu yaşında içində nifrət var. Bir az böyü, niftər dağarcığı. Yaxşı tərbiyə almamısan”.
Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. / Konkret.az