Xəbərlər

​Unibank 22.000.000 manat xalis mənfəət əldə edib


“Unibank” KB ASC 2023-cü ilin üçüncü rübünün yekununda cəmi gəlirlərini rekord həddə çatdırıb. Bankın cəmi gəlirlər ötəni ilin uyğun dövrü ilə müqayisədə 43 % artaraq, 233 milyon manata çatıb. Dövr ərzində bankın xərclərində daha aşağı – 23 %-lik artım qeydə alınıb. Bunun nəticəsində isə 30 sentyabr tarixinə Bankın əməliyyat mənfəəti ötən ilin uyğun dövrü ilə müqayisədə 3 dəfə artaraq, 49 milyon manata çatıb. Ümumi gəlirlilik səviyyəsinin artması, üçüncü rübün sonuna əldə edilən xalis mənfəətin kəskin artımına imkan yaradıb. Unibank bu ilin ilk 9 ayını 22 milyon manat xalis mənfəətlə başa vurub.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov üçüncü rübü bank üçün məhsuldar dövr hesab edir: “İlin əvvəlindən qeydə alınan sabit və davamlı inkişaf, bu rübün nəticələrində də özünü göstərib. Bankın bazar mövqeyini qoruyub saxlamaq və daha da inkişafı fonunda xalis mənfəətin ciddi artımı, kapital mövqeyinin möhkəmləndirilməsi, biznesin maliyyələşdirilməsində və depozit portfelinin həcmində qeydə alınan nəzərəçarpan artım, ilin ilk 9 ayının bizim üçün müsbət tendensiyada davam etdiyinin göstəricisidir. Başa vurduğumuz rüb ərzində “Unibank”ın bazar üçün kifayət qədər cəlbedici gəlirli manat istiqrazlarının uğurla yerləşdirilməsi də əhəmiyyətli hadisələrdən biri oldu. Bu müsbət yekunlar, 2023-cü ilin Bank üçün uğurlu layihələrin icrası ilə yadda qalacağına və planlaşdırılan nəticələrin əldə olunacağına əminliyi artırır”.

Dövr ərzində Bankın kapital mövqeyi sabit, inkişaflı qalmaqda davam edib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 3-cü rübü ilə müqayisədə 25 % artaraq, 152 milyon manat olub. Bu ciddi artım kapital adekvatlılığının yüksəlməsi fonunda baş verib. Belə ki, ötən ilin uyğun dövrü ilə müqayisədə bankın kapital adekvatlılıq əmsalı artaraq, 12.69 % təşkil edib. Bu dövrdə bankın aktivləri də artaraq, 1 milyard 528 milyon manata çatıb.

Bankın artıq milyard manatı ötən kredit portfeli üçüncü rüb ərzində bir qədər də artaraq, 1 milyard 47 milyon manata çatıb. Bu həm də 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 19 % artım deməkdir. Portfelin strukturunda biznes kreditlərinin payı bir qədər də çoxalıb. Biznes kredit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 16 % artaraq 323 milyon manata yaxın olub. Ayrıca mikro kreditlər portfeli də ciddi artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 35 % artaraq, 163 milyon manatı ötüb. Mikrokredit məhsullarının ölkə üzrə mikro sahibkarlara rahat əlçatanlığı, sürətli kreditin verilməsi və digər üstünlüklər “Unibank”ı seçən mikro müştərilərinin sayının artmasına təkan verib. Bu dövrdə bankı seçən biznes sahiblərinin sayı ümumilikdə 28 % artıb. Aktiv Mikro, KOS və İri müştərilərin sayındakı artım isə ötən ilin üçüncü rübünün sonu ilə müqayisədə 36% təşkil edib. Biznes müştərilərinin “Unibank”ı seçməsinin əsas səbəblərindən biri də bankda əksər məhsul və xidmətlərin rəqəmsal olaraq təqdim olunmasıdır. Hazırda bütün biznes kreditlərinin ayrılması ilə bağlı qərarların 60%-i avtomatlaşdırılmış sistem vasitəsi ilə verilir.

Bankın ümumi depozit portfeli də 1 milyardlıq rekord hədd üzrə artmaqda davam edir. İlk 9 ayın nəticələrinə görə, depozit portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 31 % artaraq, 1 milyard 124 milyon manatı ötüb. Təkcə tələbli depozitlərin məbləğində artım isə 39,7 %-i keçib.

2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 2 dəfə artaraq, 6 milyard manatı ötüb.

Cari hesab qalıqlarındakı vəsaitin həcmində isə ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-lik artım qeydə alınıb. Aktiv kart müştərilərinin qeydə alınan artım faizi isə 35 %-i keçib. Son dövrlərdə Bankın məhsul və xidmətlərindən rəqəmsal kanallar vasitəsilə istifadə edən müştəri sayında da ciddi artım var. Hazırda bankın rəqəmsal kanallarından istifadə edən müştərilərin sayı 1 000 000 nəfəri ötüb.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artımaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim etmişdir. 31 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Unibank-Sənin Bankın!



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu