Giorgi Qoqua: “Prezident İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Prezident İlham Əliyev müasir Azərbaycanın şanlı tarixini yazdı. Onun hakimiyyəti dövründə Azərbaycan nəinki regionun, hətta dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrildi”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Giorgi Qoqua söyləyib.
Onun sözlərinə görə, hakimiyyət ağıllı, uzaqgörən və sülhsevər liderdə olanda güclü dövlət yaranır. İlham Əliyev kimi praqmatik, müdrik və sülhsevər Prezident sayəsində də Azərbaycan qüdrətli, güclü və nümunəvi dövlət kimi dünyada tanındı.
“Dahi və görkəmli, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan böyük inkişaf yolu keçib. Bu uğurları saydıqca bitməz. Onun əldə etdiyi uğurlar tarix kitablarına salınacaq”, – deyə politoloq G.Qoqua vurğulayıb.