Xəbərlər

Stressi azaltmaq üçün ən yaxşı vasitə


Ağlamaq stressi azaltmağa kömək edir.

Millinews.az saglamolun.az-a istinadən xəbər verir ki, bu barədə Frontiers in Psychology jurnalında məlumat dərc olunub. Bildirilib ki, alimlərin fikrinə görə, ağlamaq ən yaxşı sakitləşdirici vasitədir.

İnsan ağlayanda onun parasimpatik sinir sistemi aktivləşir. Parasimpatik sinir sistemi insana qidanı həzm etməyə və dincəlməyə yardım edir. Bu səbəbdən insan ağlamağa başlayanda bir neçə dəqiqə sonra müəyyən qədər sakitləşir və rahatlaşır.

Həmçinin Emotion jurnalında dərc olunmuş diqər araşdırmanın nəticələrinə görə, insan ağlayanda onun nəfəsalması və ürəyin yığılmasının tezliyi azalır və bu da stressi daha yaxşı kontral etməyə, sakitləşməyə kömək edir.

Əvvəllər belə hesab olunurdu ki, insan ağlayanda onun orqanizmində stress-hormonlarının (xüsusilə kortizolun) səviyyəsi aşağı düşür. Lakin son araşdırma bunu təsdiq etməyib. Buna baxmayaraq alimlər ağlamağı ən yaxşı “sakitləşdirici vasitə” hesab edirlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu