Xəbərlər

Bu sahəyə ayrılan vəsait kəskin artırıldı

rterdogan

Türkiyə 2024-cü ildə müdafiə büdcəsini 150% artıracaq.

Millinews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə 2024-cü ildə müdafiəyə 40 milyard dollardan çox vəsait ayıracaq. Bu isə cari büdcədən 150% çoxdur.

Məlumata görə, Türkiyə 2023-cü ildə müdafiə və təhlükəsizlik üçün təxminən 16 milyard dollar ayırıb.

Qeyd edək ki, Türkiyə parlamenti çərşənbə axşamı onun təhlükəsizlik qüvvələrinə Suriya və İraqda sərhədyanı əməliyyatlar keçirməsinə icazə verən mandatın daha iki il müddətinə uzadılmasına səs verib.

Vitse-prezident Cevdet Yılmaz da hökumətin müdafiə xərclərini indiki 6 milyard dollardan təxminən iki dəfə artıraraq 11 milyard dollara çatdırmağı hədəflədiyini bildirib. O bildirib ki, Türkiyə müdafiə sənayesinin 2023-cü ildə özünü təmin etməsinin 80%-dən 85%-ə yüksəlməsi gözlənilir.

Mehti Kamiloğlu

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu