Keçmiş işçisi aktyoru cinsi zorakılıqda ittiham etdi
Oskar mükafatlı amerikalı aktyor Robert De Nironun keçmiş köməkçisi Qrehem Çeyz Robinson ötən gün Nyu-Yorkda keçirilən məhəkəmə prosesində məşhurdan 12 milyon dollar təzminat tələb edib.
Millinews.az xarici mətbuata istinadən xəbər verir ki, aktyorun keçmiş köməkçisi onu illərlə cins ayrı-seçkilik etməkdə və zorakılıqda ittiham edib. 41 yaşlı qadının sözlərinə görə, 80 yaşlı aktyor onu söyüb, onunla fiziki təmasda olmağa məcbur edib və açıq-saçıq seksual ifadələr işlədib.
Aktyor bildirib ki, Robinsonun fövqəladə hallarda zəng vurduğu adamlardan biri olub və bəzən xüsusi günlərdə övladlarına kart göndərməyə kömək edib. Robinsonun vəkilləri münsiflər heyətinə De Nironun “çox tələbkar bir patron” olduğunu söyləyib.
“Daily Mail” xəbər verir ki, 80 yaşlı aktyor isə bu deyilənlərdən son dərəcə əsəbiləşib və ona qarşı irəli sürülən bütün ittihamları “cəfəngiyyat” adlandırıb.
Həmçinin onun hazırkı sevgilisi, bu yaxınlarda övladını dünyaya gətirən döyüş sənətləri üzrə məşqçi Tiffani Çen sənətçinin köməkçisinə qarşı çıxış edib.