Xəbərlər

Ağzımızın 6-cı dadı da məlum oldu

Yapon alimi Kikunae İkeda ilk dəfə 1900-cü illərin əvvəllərində acı, şirin, turş və duzludan başqa daha bir dadın – xoşməzə dadının olduğunu irəli sürmüşdü. Amma ictimaiyyət onunla təxminən 80 il sonra razılaşdı.

Millinews.az xəbər verir ki, Kaliforniya Universitetində çalışan elm adamlarının rəhbərlik etdiyi tədqiqat qrupu, altıncı əsas dadla bağlı tapıntılar əldə ediblər. Araşdırmalarda nevroloq Emily Liman və onun tədqiqat qrupu dilin turş dadını bildirən eyni protein reseptoru ilə ammonium xloridinə cavab verdiyini aşkar ediblər.

Biologiya elmləri professoru Liman qeyd edib ki, Skandinaviya ölkələrində yaşayanlar bu dadı bilir:

“Bəzi Şimali Avropa ölkələrində duzlu biyan ən azı 20-ci əsrin əvvəllərindən bəri məşhur bir qənnadı olmuşdur. Bu şirniyyatda salmiak duzu və ya amaium xlorid var. Alimlər onilliklər ərzində dilin ammonium xloridinə güclü reaksiya verdiyini bildirirlər. Geniş araşdırmalara baxmayaraq, dildəki hansı reseptorların maddəyə reaksiya verdiyini dəqiq müəyyən etmək mümkün olmayıb.

domo as ig 7266 vorschau

Son illərdə elm adamları turş dadın aşkarlanmasını kəşf ediblər. Belə ki, limonad (limon və askorbin turşuları ilə zəngin), sirkə (sirkə turşusu) və digər turşulu qidalar dilə dəydikdə kəskin turş dad verir. Bu turşu komponentlərdən olan hidrogen ionları OTOP1 kanalı vasitəsilə dad reseptor hüceyrələrinə hərəkət edir. Digər təcrübələrdə elm adamları bəzi heyvanlarda OTOP1 kanallarının ammonium xloridə daha həssas olduğunu aşkar etdilər. İnsanlarda OTOP1 kanallarının da həssas olduğu aşkar edilmişdir”.

Bəs, ammonium xloridin dadına baxmağın üstünlüyü nədir?

Ammonium tullantıların tərkibində olur və bir qədər zəhərlidir; gübrə kimi. Bu dəyişikliklər hər heyvanda fərqlidir. Balıqlar suda çox ammoniumla qarşılaşmasa da, toyuq yuvaları ammoniumla doludur, ondan qaçınılmalı və yeyilməməlidir.

profimedia 0361186565

Lakin professor deyir ki, tədqiqat çox erkən mərhələdədir və ammoniuma həssaslıqdakı növ fərqlərini və bəzi növlərdə OTOP1 kanallarını ammoniuma daha həssas edən amilləri anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

Ola bilsin ki, gələcəkdə digər beş ləzzətə ammonium xlorid əlavə olunacaq və rəsmi rəqəm altı olacaq.

Aysel Şahmar

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu