Xəbərlər
BOK Rusiya Olimpiya Komitəsinin fəaliyyətini dayandırıb
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti Rusiya Olimpiya Komitəsinin (ROK) növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırdığını açıqlayıb.
Təşkilatın bəyanatında bildirilir ki, qondarma Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Olimpiya Şuralarının ROK-a daxil edilməsi Olimpiya Xartiyasını pozur.
“Rusiya Olimpiya Komitəsinin artıq Olimpiya Xartiyası ilə müəyyən edilmiş milli Olimpiya Komitəsinin funksiyalarını yerinə yetirmək hüququ yoxdur və BOK-dan heç bir maliyyə vəsaiti ala bilməz”, – sənəddə qeyd olunur.