İlon Mask ona qulaq asıb “Hizbullahı” CƏZALANDIRDI
“X” sosial şəbəkəsi (keçmiş “Twitter”) zorakılıq təhdidləri ilə bağlı siyasətini pozduğunu əsas gətirərək Livanın şiə “Hizbullah” hərəkatının hesabını bloklayıb.
Millinews.az xəbər verir ki, bu barədə İsrailin “Jerusalem Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, “Hizbullah”ın “X” sosial şəbəkədəki hesabını İsrailin baş naziri Benyamin Netanyahunun keçmiş kommunikasiyalar üzrə direktor müavini və hazırkı “Jerusalem Post”un köşə yazarı Maykl Freund görüb. Jurnalist sosial şəbəkənin sahibi İlon Maska ünvanladığı yazıda 1997-ci ildən ABŞ hökuməti tərəfindən terror təşkilatı kimi tanınan “Hizbullah”ın niyə aktiv hesaba sahib olduğunu soruşub .
Bundan sonra sosial şəbəkə zorakılıq təhdidləri ilə bağlı siyasətinin pozulduğunu əsas gətirərək şiə hərəkatının hesabını bloklayıb.
Bundan əvvəl amerikalı milyarder və sahibkar İlon Mask Qəzza zolağında “Starlink”ə qoşulmaq cəhdlərinin qeydə alınmadığını deyib.
Hüseyn İbadlı