Xəbərlər
Türkiyə Qəzzaya hərbi gəmi göndərir
Türkiyəyə məxsus hərbi gəminin Fələstin sahillərinə göndərilməsi yönündə yayılan xəbərlər həqiqətə uyğun deyil.
Millinews.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“Sosial şəbəkələrdə yayılan kadrlarda ABŞ-ın Nimitz sinfinə məxsus USS Ronald Reyqan aviadaşıyıcısı və onun üzərində X-47B PUA-nın hərəkəti görünür. Bəzi hesablarda həmin görüntünün “Türkiyə hərbi gəmisi Fələstinə gedir” tipli cümlələrlə paylaşılması həqiqətə uyğun deyil”, – deyə bildirilib.