Xəbərlər

Millinews.az – Unun qiymətindəki artımlar çörəyin bahalaşmasına təsir göstərəcək?

Son bir ay ərzində Azərbaycanda unun bahalaşması ilə bağlı məlumatlar var. Topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində bir manata yaxın artım olduğu bildirilir.

Ötən ilin dekabr ayından etibarən unun qiymətində davamlı azalma müşahidə olunub. Dekabr ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 38-39 manat arasında dəyişib. Təxminən 8 aydan sonra bu ilin sentyabr ayında un yenidən bahalaşmağa başlayıb.

Bəs görəsən, qiymət artımı nə ilə əlaqədardır? Unun qiymətinin artmasına hansı amillər təsir göstərir? Bahalaşma hansı məhsullara öz təsirini göstərə bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, unun qiymətinin bahalaşması dünyada baş verin qıtlıqla bağlıdır:

“Unun bahalaşacağı ilə bağlı proqnozlar öncədən verilmişdi. Hazırda da bu proses davam edir. Bahalaşma dünyada baş verən qıtlıqla əlaqəlidir. Bu, əsasən taxıl ehtiyatları ilə bağlıdır.

Dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında müharibə gedir. Bununla yanaşı Çin öz tələbatından artıq məhsulu ehtiyatda saxlayıb. Hindistan isə quraqlıq bəhanəsini əsas gətirərək tələbatından iki dəfə artıq məhsul ehtiyatda saxlayıb. Əvvəl onlar bəyan etdilər ki, Rusiya və Ukraynanın yerinə dünya bazarını tutmaq istəyirlər. Lakin taxılın ölkədən çıxarılmasına qadağa qoyuldu. Buna quraqlıq səbəb gətirildi. Səbəb xarici faktor idi”.

Ekspert qeyd edib ki, 3-4 ay ərzində məhsulun bahalaşması müşahidə edilməyəcək:

“Azərbaycan bu məhsulların öz daxili tələbatını xaricdən tədarük edir. Bu da məcbur edir ki, xarici dünya bazarındakı qiymətlərə uyğun hərəkət etsin.

Düşünmürəm ki, qarşıdakı 3-4 ay ərzində bahalaşma baş versin. Mart ayına qədər bahalaşma olmayacaq. Bu tip məhsullar stratejidir. Bu məhsulların qiyməti Azərbaycanda Tarif Şurası tərəfindən tənzimlənir”.

“Unun qiymətindəki artımlar çörəyin qiymətinə təsir etməyəcək. Çörəyin ərsəyə gəlməsində un mühüm rol oynayır. Lakin çörəyin qiyməti olduğu kimi qalacaq. Xərclər artsa da, artım olacağını düşünmürəm. Çox güman ki, hazırda mövcud olan subsidiyaların və bəzi dövlət qurumlarının tətbiq etdiyi mexanizmlər əsasında qiymət saxlanılacaq”, – deyə A.İbrahimov əlavə edib.

Nəzrin Vahid

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu