Xəbərlər
Pepe Çempionlar Liqasının tarixinə düşdü
“Porto”nun futbolçusu Pepe Çempionlar Liqası tarixinə düşüb.
Millinews.az xəbər verir ki, o, turnirin ən yaşlı oyunçusuna çevrilib. Portuqaliyalı müdafiəçi buna 40 yaş 241 günlüyündə “Antverpen”lə səfər matçında meydana çıxmaqla nail olub.
Pepe Alessandro Kostakurta və David Ueyr cütlüyünün rekordunu qırıb. Hər iki futbolçu 40 yaş 211 günlüyünə qədər Çempionlar Liqasında meydana çıxıb.
“Porto”dan başqa “Real” və “Beşiktaş”da da çıxış edən Pepe Çempionlar Liqasında ümumilikdə 115 oyun keçirib.
Heybət