MaqazinDünya

Qadınlara hicabı məsləhət görən nüfuzlu din xadiminin nəvələrinin lüks həyatları – FOTOLAR

İranın nüfuzlu din xadimi Emami Kaşaninin qız nəvələrinin açıq-saçıq və lüks həyatı yaşamaları ortaya çıxıb. 

Məlumatına görə, iranlı jurnalist Purya Zeraəti tviter hesabında yazıb ki, hicabın hamının xeyrinə olduğunu deyən din xadimi ailəsinin bu fotolarından xəbərsizdir:

“Tehranın cümə imamı və Ekspertlər Şurasının üzvü Emami Kaşaninin qız nəvələri Vüsal və Vina Emami bu günlərdə Tehranın göbəyində əyləncəli həyat keçirməklə məşğuldurlar. Onların babası isə cümə namazlarında sadə və abırlı yaşamaqla bağlı xalqa davamlı tövsiyələr edir: Övladlarınıza deyin ki, ləzzətlərdən imtina etsinlər. İffət və hicab hamının xeyrinədir”, – deyə o qeyd edib.

Qeyd edək ki, iranda 22 yaşlı Məhsa Əmini hicabı düzgün taxmadığına görə öldürüldükdən sonra ölkədə ciddi şəkildə etiraz aksiyaları başlayıb. İran mətbuatı yazı ki, hakimiyyət rəqəmləri açıqlamasa da etirazlarda 77 nəfər öldürülüb. 

662d393394e3e202404244315
662d3934097e6202404244316
662d39350d698202404244317

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu