Xəbərlər

Almaniyadan sensasion iddia: Avropa İttifaqı parçalanacaq

avropa ittifaqi

Anti-Rusiya sanksiyaları nəticəsində Avropa Rusiyadan daha çox itki verib və gələcəkdə İttifaq daxilində parçalanma başlaya bilər.

Millinews.az xəbər verir ki, bu barədə alman şərhçi Volfqanq Munhau yazıb. O, “New Statesman”da dərc olunan təhlilində deyir: “Sanksiyalar Avropa İttifaqına Rusiyadan daha çox zərbə vurdu. Qərb liderləri bu qədər böyük bir ölkəni təcrid etməyin nə qədər çətin olduğunu səhv hesabladılar”.

Munhau qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Rusiya iqtisadiyyatı bu il Britaniya, Fransa, Almaniya və ya İtaliya iqtisadiyyatından daha çox inkişaf edəcək. Ekspert onu da qeyd edib ki, Ukrayna böhranı səbəbindən Avropa ölkələri qüvvələrini sona qədər gərginləşdiriblər, lakin eyni zamanda, Avropa siyasi elitası hələ də münaqişənin başa çatması ilə bağlı ümumi strategiya hazırlaya bilməyib.

Alman ekspert vurğulayıb ki, Ukraynanın bərpası üçün lazım olan məbləğlər sadəcə olaraq astronomik olacaq. Münaqişə bitdikdən sonra Avropa ölkələri Rusiya ilə müqavilə bağlayanda və Ukraynanın bərpası üçün pul ödəməyə başlayanda, Avropa İttifaqı parçalanmağa başlaya bilər.

Günay Cavanşir

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu