Maqazin

Nailə İslamzadə televiziyaları tənqid etdi – Kazino deyil ki, oradan pul qazanasan“

Əməkdar artist Nailə İslamzadə “Onunla açıq söhbət” verilişində qonaq olub. 

Aparıcı televiziyaları tənqid edib. N.İslamzadə sosial proqramlardan söz açaraq orada işıqlandırılan məsələləri şou adlandırıb:

“Bütün aparıcıları eyni sıraya düzmək olmaz. Yaxşıları da var. Sadəcə bir neçə proqram var ki, ən baxımlı vaxtda gedir və çox uzun efir saatını zəbt edir. Orada çox böyük düzəlişlərə ehtiyac var. Bir də səhər verilişlərində düzəlməli olan nüanslar var. Ümumi götürəndə vəziyyət o qədər də pis deyil. Sadəcə onlar daha çox baxılır deyə səhv də çoxdur. 

Nəyi çox göstəririksə, onu da təbliğ edirik. Hazırda insanları qıcıqlandıran sosial proqramlarda baş verənlərdir. Mövzu yoxdur, nə baş verir bilinmir. Bizim Azərbaycan ailəsi bundan ibarət deyil. Biz daha çox yaxşını göstərməliyik. Problemlər qoyulmalıdır, amma o formada yox. Həll yolları yanlışdır. Tam məsuliyyətimlə deyirəm, son zamanlar efirdə baş verənlərə ümumiyyətlə baxmaq mümkün deyil. Bunu yığışdırmaq lazımdır. Bu bizim mənəviyyatımıza, milli mənliyimizə toxunanan şeylərdir. Biz onlardan ibarət deyilik. Bu, şoudur. Hərkəsin problemi var. Həmin problemlərdən şou düzəltmək olmaz. Televiziyada şou əlamətləri olmalıdır. Çünki hər şeyi olduğu kimi vermək olmaz. Amma insan taleyindən şou düzəlmək düzgün deyil. Bu, ora gələn insanları alçaldır. Özəl televiziyalar pul qazanmalıdır. Onlar öz hesablarına maaş verir, maliyələşirlər. Lakin televiziya kazino deyil ki, oradan istədiyin qədər pul qazanmağa çalışasan. 500 işçi saxlaya bilmirsən, 400 et. Milli mentalitet sözünü o qədər ucuzlaşdırıblar. Bu, mənəviyyatımızı alçaltmaq, gələcək nəsillərə zərbə vurmaq hesabına olmamamalıdır. Sosial proqramları aparan aparıcıları pisləmirəm. Kənardan baxanda daha yaxşı bilinir. Müəyyən yox, çox düzəlişlər aparılmalıdır. Bunu artıq etmək lazımdır. Bundan oyanası yoxdur. 

Əyləncəli proqramaları, həmin sosial verilişləri daha yaxşı, davasız etmək olar. Təsəvvür edin, ekspert oraya gələn qonaqla əlbəyaxa davaya çıxır. Bu işdən kim məsuldursa, onlar daha çox düşünsələr yaxşı olar”.  / Axşam.az

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu