Xəbərlər
Türkmənistanda güclü zəlzələ baş verdi
Yerli vaxtla saat 00:17-də Türkmənistanın Marı vilayətinin Yoloten şəhərinin cənubunda 4,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Millinews.az xəbər verir ki, zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Həmin gecə İranın cənubunda 5-5,5 bal gücündə silsilə təkanlar baş verib.
Oktyabrın 7 və 11-də Əfqanıstanın Herat şəhəri ərazisində dağıdıcı zəlzələ baş verib.
Təkanları Türkmənistanın cənub bölgələrinin sakinləri də hiss ediblər.
Hüseyn İbadlı