Xəbərlər

Azərbaycan son bir ildə valyuta ehtiyatlarını 23 faizi artırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları 65 milyard 299,3 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunun 85%-i və yaxud 55 milyard 524 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15%-i və yaxud 9 milyard 775,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 188,3 milyon ABŞ dolları və yaxud 1,9% artıb. Belə ki, ARDNF-nin valyuta ehtiyatlarında 608,9 milyon ABŞ dolları və yaxud 1,1%, AMB-nin valyuta ehtiyatlarında isə 579,4 milyon ABŞ dolları və yaxud 6,3% artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 12 milyard 245,6 milyon ABŞ dolları və yaxud 23,1% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 10 milyard 137,6 milyon ABŞ dolları və yaxud 22,3%, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 108 milyon ABŞ dolları və yaxud 27,5% artım nümayiş etdirib.

 

ARDNF-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

AMB-nin valyuta ehtiyatları (milyon ABŞ dolları)

Azərbaycanın valyuta ehtiyatları (milyon ABŞ dolları)

01.10.2023

55 524,0

9 775,3

65 299,3

01.07.2023

54 915,1

9 195,9

64 111,0

01.04.2023

53 437,6

9 133,0

62 570,6

01.01.2023

49 033,6

8 995,7

58 029,3

01.10.2022

45 386,4

7 667,3

53 053,7

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu