Maqazin
Aytəkin ailə ilə məsciddə – Fotolar

Birləşmiş Ərəb Əmirliklərində olan aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə həyat yoldaşı Samir və oğlu Fəridlə birlikdə fotolarını paylaşıb.
Axşam.az xəbər verir ki, ailəsi ilə birgə Əbu-Dabidəki Şeyx Zayed Məscidini ziyarət edən aparıcı bu sözləri yazıb:
“Allaha bəndələrinin sidq ürəkdən etdiyi duaları eşitmək xoşdur. Allah bütün duaları qəbul etsin”.
Qeyd edək ki, cütlüyün Nərgiz adlı qızı da var.

