İdman

Şou-biznesdəki xanımların çoxunun saxlayanı, mənim isə… – Aktrisa

“Son zamanlar çəkilişlərdən çox, verilişlərdə ekspert qismində otururam. İnsanların sosial problemlərinin həll olunmasında azdan-çoxdan köməyim dəyir. Fikirlərimlə, düşüncələrimlə onlara dəstək oluram. “Kadrlar şöbəsi” adlı serialda çəkilirəm. Vaxtım çox az qalır. Çünki mənim həyatım təkcə çəkilişlərdən ibarət deyil. Ailəm var, biznesim var. İş-güc arxasınca düşürəm. Filmə, seriallara dəvətlər də olur. Bu günlərdə də bir dəvət gəlmişdi. Cəsarətli obrazların çoxundan imtina edirəm. Ona görə yox ki, cəsarətim yoxdur, şükür cəsarətim yetərincədir. Bu baxımdan Azərbaycanda özümə rəqib aktrisa tanımıram. Aktrisalarımız çoxdur, şükürlər olsun ki, mükəmməldirlər. Bəzi obrazlar olur ki, ürəyimcə olmur. Hər obrazı qəbul edən insan da deyiləm, baxıram, götür-qoy edirəm, düşünürəm ki, görəsən tamaşaçılar tərəfindən seviləcək ya yox? İndiyə qədər oynadığım bütün obrazlar dillər əzbəridir və tamaşaçılar tərəfindən də sevilib. Bəzən deyirlər ki, “siz bibi, xala obrazlarını elə gözəl oynamısınız ki, amma həyatda o cür qadın deyilsiniz. Bizim işimiz-gücümüz tamaşaçıları obraza inandırmaqdır.”

Bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib. Aktrisa etdikləri yardımları paylaşan həmkarlarından da danışıb. 

“İnsanlar, onların xarakterləri, mədəniyyətləri müxtəlifdir. Mən heç kimi qınamıram, mühakimə etmirəm ki, kimsə yardım edəndə telefonla çəkib göstərir yaxud yox!. Bəzi hallarda fikirləşirlər ki, biz bunu telefonla çəkib, göstərsək daha yaxşı olar. Elələri var ki, bunu özlərini reklam etmək məqsədilə çəkib nümayiş etdirirlər. Elələri də var ki, laqeyd insanlar üçün çəkirlər ki, biz yardım edirik, siz də edin. Yardım üçün bəhsə-bəhs girirlər. Düşünürlər ki, filankəs edirsə, mən də edim. Amma özüm kiməsə köməklik edəndə, heç vaxt çəkib paylaşmamışam. Etdiyim yardımlarla özümü reklam etməmişəm. Sağ əlin verdiyini, sol əlm bilməməlidir” deyə aktrisa bildirib. 

Nəzakət Məmmədova bildirib ki, şou-biznesdəki xanımların əksəriyyətinin saxlayanları var.

“Mən övladlarımı tək böyütmüşəm. Şükürlər olsun ki, bu günki gündə onlar da mənə dəstəkdirlər, özləri işləyib, öz ayaqları üstündə dura bilirlər. Verilişlərdən birində demişdim ki, şou-biznesdəki xanımların bir çoxunun saxlayanı var. Həqiqətən də belədir. Düzdür, mən bəzi rəyləri oxudum. Yazmışdılar ki, “özünü saxlayan yoxdur, paxıllıqdan belə deyir”. Onlara demək istəyirəm ki, məni saxlayan mənim yaradan rəbbimdir. O məni saxlayır, güc, səbr, müdriklik verir. Mən rəbbimin ardınca gedirəm. Mənim hansısa kişiyə, kiminsə kişisinə, artığına ehtiyacım yoxdur. Allah uzaq etsin. Şükürlər olsun ki, evimdə, maşınım da, biznesim də, dolanışığım da var. Üçündən əskik yaşasam da, beşindən artıq yaşayıram. Kiməsə hədiyyə edilən evi, maşını, qır-qızılı mən özüm-özümə ala bilirəm. Bu gün bir çox xanımlar özlərinə hörmət etmirlər. Qəbul edirlər ki, hansısa kişinin həyatında ikinci olsunlar. Bu anormallıqdır” deyə aktrisa bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu