Xəbərlər
Bayden zəng etdi, Mahmud Abbas cavab vermədi
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas ABŞ prezidenti Co Baydenin İsrailə səfəri zamanı onunla telefonla danışmaqdan imtina edib.
Millinews.az xəbər verir ki, bu barədə İsrailin ictimai telekanalı “Kan” məlumat yayıb. Ramallahdakı adı açıqlanmayan fələstinli mənbəyə istinadla yayımlanan məluymatda bildirilir ki, Bayden administrasiyasının rəsmiləri liderlər arasında telefon danışığı təşkil etməyə çalışıblar, lakin Abbasın tələbi rədd edib.
O da bildirilir ki, Vaşinqtonun HƏMAS-a qarşı müharibədə İsraili dəstəkləməsinə və bu həftənin əvvəlində İordaniyada keçirilən sammitdə Bayden və ərəb liderləri ilə gözlənilən görüşün ləğv edilməsinə baxmayaraq, ABŞ və PA komandaları arasında təmas davam edir.
Tural