Maqazin

Nazir Gülyanaq Məmmədovanı mükafatlandırıb

Xalq artisti Gülyanaq Məmmədova Elm və Təhsil Nazirliyi tərəfindən mükafata layiq görülüb.

Axşam.az xəbər verir ki, bu haqda Xalq artisti Gülyaz Məmmədova “Bu axşam” verilişində deyib. O bildirib ki, bacısı “qabaqcıl təhsil işçisi” mükafatına layiq görülüb. Müğənni əlavə edib ki, sözügedən mükafatı həmçinin Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Zakir Əliyev də alıb.

“Nazirimiz Emin Əmrullayev, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovaya təşəkkür edirəm. Mükafatı alan sənət dostlarıma sevgimi bildirirəm. Təşəkkür edirəm ki, bizi bu ada, döş nişanına layiq görüblər. Biz də təhsilimizə daha məsuliyyətlə yanaşacağıq və layiqli tələbələr yetişdirəcəyik” deyə, Gülyanaq söyləyib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu