İdman

“Qarabağ”ın almanlarla 11-ci dueli – Tilsim qırılacaq?

“Qarabağ” UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Ayntraxt” klubunu qəbul edəcək. Bununla Ağdam təmsilçisi Almaniya klublarına qarşı 11-ci rəsmi oyununu keçirəcək.

Publika.az-ın məlumatına görə, Ağdam təmsilçisi üçün bu rəqiblərlə oyunlar hər zaman böyük təcrübə və çətin mübarizə ilə yadda qalıb.

Qurban Qurbanovun rəhbərliyi altında indiyədək Bundesliqa təmsilçiləri ilə keçirilən 10 görüşün hamısı Avropa Liqası çərçivəsində baş tutub. Ümumi nəticələrə nəzər salsaq, “köhlən atlar” bu duellərdə hələ ki, qələbə sevinci yaşaya bilməyib: 2 heç-heçə və 8 məğlubiyyət. Top fərqində də almanların böyük üstünlüyü var – 8:23.

Maraqlıdır ki, “Qarabağ” bugünkü rəqibi ilə 13 il əvvəl də üz-üzə gəlib. 2013-14 mövsümündə Avropa Liqasının pley-off mərhələsində baş tutan hər iki görüşdə Frankfurt təmsilçisi qalib gələrək təmsilçimizin qrup mərhələsinə keçməsinə mane olub. 2024-25 mövsümündə “Bayer Leverkuzen”lə dramatik mübarizədən sonra azarkeşlər bu dəfə alman tilsiminin qırılacağına ümid edirlər.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Ayntraxt” kollektivlərinin start heyətləri bəlli olub.

Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

“Ayntraxt”: Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” oyunu bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

MövsümTurnirRəqibNəticələr
2010-11Avropa Liqası, Pley-offBorussiya Dortmund0:1; 0:4
2013-14Avropa Liqası, Pley-offAyntraxt Frankfurt0:2; 1:2
2022-23Avropa Liqası, Qrup mərhələsiFrayburq1:1; 1:2
2023-24Avropa Liqası, Qrup mərhələsiBayer Leverkuzen0:1; 1:5
2023-24Avropa Liqası, 1/8 FinalBayer Leverkuzen2:2; 2:3

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu