Maqazin

“Aygün Bəylər yataq xəstəsi olanda harada idiniz?”

“Çox insan Aygün Bəylərin çətin anında yanında olduğunu söylədi. Aygün Bəylər 6 ay yataqda olanda bəs siz harada idiniz? Aygünün dünyaya övlad gətirməsi və planlanması (qızı Canan) mənim ona məsləhətimdir”.

Bu sözləri müğənni Roza Zərgərli “Tarixin bir günü” proqramında deyib. Sənətçi bir neçə gün əvvəl dünyasını dəyişən Əməkdar artist Aygün Bəylərlə bağlı bunları deyib:

“Aygün Bəylər bacısının uşağını övladlığa götürmüşdü və onu böyütmək istəyirdi. Mən isə buna narazılığımı bildirdim. Dedim ki, sən sənətkarsan, sənin öz övladın, canından, qanından biri olmalıdır. Gün gələcək, sən qocalanda, gücdən düşəndə sənə bir fincan çay gətirən bir qızın olsun. Həqiqətən də necə demişdim elə də oldu.

Canan dünyaya 3 il sonra gəldi. Onun planlanması belə gözümün önündə olub. Elə anlar olurdu ki, Aygün Bəylər çox xəstə olurdu, ağrıları vardı, nasaz idi. Yeməyi bişirib qızım Bənövşəyə verib deyirdim ki, apar qapılarını döy bunu ver, sonra qaça-qaça evə qayıt. O, “Teleteatr” tərəfdə mənim qapı qonşum idi. Yəni mən elə dost idim.

Son nəticədə Aygün Bəylərin dünyasını dəyişməsini görəndə, o, konsert verəndə və dünyasını dəyişən zaman mən Azərbaycanda deyildim. Nigar Camal ilə Aygün Bəylər 5 il əvvəl birlikdə duet oxumuşdular. O zaman niyə onları “trend” etmirdiniz? Aygün Bəylər acınacaqlı vəziyyətdə və xəstə olanda, konsertinə görə evini girov qoyanda harada idiniz? Niyə Aygün Bəylərə bir dənə də olsun toy və tədbir vermədiniz? Niyə də niyə!? “Sənətkar” deyib kənardan sevmək çox asan və rahatdır. Əgər fanat kütləsi deyilən bir şey varsa, sağlığında dəyər verilməli idi. Ölü ilə reklam tutmaq, qəbirüstünə getmək, gül qoyub şəkillər çəkdirmək… Aygünün bacısı bağıra-bağıra dedi ki, bacım torpağa tapşırılanda çəkməyin. Amma hərənin əlində olan telefon vardı. Nə olub? Olmaz! Sənətkarın dəyərini sağlığında bilmək lazımdır”.

Qeyd edək ki, Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu