Hərbi hissədə Hərbi Prokurorluq tərəfindən hüquqi maarifləndirmə tədbiri keçirildi
Hərbi Prokurorluq hərbçilərin hüquqi maarifləndirilməsi işini davam etdirir. Bu istiqamətdə növbəti tədbir Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Millinews.az-a bildiriblər ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Prezident İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən, cari ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini vurğulayan hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, dövlətçilik tariximizdəki müstəsna rolundan, dünya siyasətinə verdiyi töhfələrdən danışıb.
F.Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ildə əldə etdiyi möhtəşəm uğurlardan, o cümlədən Vətən müharibəsində qazanılmış tarixi Qələbədən, antiterror tədbirlərindən, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işlərindən, dövlətimizin bütün sahələrdə sürətli inkişafından və bu uğurların qazanılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın töhfələrindən, xalqımızın əzmkarlığından və Silahlı Qüvvələrin qüdrətindən bəhs edib.
Polkovnik Vurğun Abbasov, ədliyyə kapitanı Həsən Baxşəliyev, hüquq müdafiəçisi-hüquq üzrə magistr Ceyhun İbrahimov çıxışlarında Azərbaycanın qazandığı uğurlardan söz açıblar.
Tədbirdə hərbçilərin hüquqi biliklərinin artırılması məqsədilə maarifləndirici söhbət aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.