Xəbərlər
Yeni qanun layihəsi hazırlanıb: Səs-küy salanlar…
Rusiyada səs-küy yaradanlar cəzalandırılacaq.
Millinews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu gün Dövlət Dumasına səssizliyə dair yenidən işlənmiş qanun layihəsi təqdim ediləcək. Yeni qanun layihəsi hazırda çatışmayan vahid qaydaları, o cümlədən saat 23:00-dan səhər 7:00-a qədər səs-küyün qadağan edilməsini nəzərdə tutur.
Məlumata görə, sənəddə həmçinin səs-küylü tikinti işlərinin aparılması üçün vahid vaxt müəyyən edilib – yalnız iş günləri saat 9:00-dan 19:00-dək (13:00-dan 15:00-dək məcburi fasilə ilə).
Qanunu pozanların cərimələnməsi də təklif olunur. Fiziki şəxslər üçün – 2 min rubla qədər, vəzifəli şəxslər üçün – 10 min rubla qədər, hüquqi şəxslər üçün – 50 min rubla qədər.
Mehti Kamiloğlu