Xəbərlər

Şuşadakı qəzada ölənlərin sayı 6 nəfərə çatdı


Şuşanın Daşaltı kəndində ağır yol qəzasında xəsarət alan sürücü də ölüb.

Millinews.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində ağır xəsarətlər alan Sabirabad rayonunun Əliləmbəyli kəndindən olan Elvin Abbasov müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə noyabrın 4-də qeydə alınıb.

Belə ki, Elvin Abbasovun idarə etdiyi “Nissan Navara” markalı avtomobil axşam saatlarında idarəetmədən çıxması nəticəsində yoldan çıxaraq aşıb və yanıb. Nəticədə avtomobildə olan sərnişinlər – Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Sürücünün ölümü ilə qəza nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

e7dcacf53f 1b7187e5e023cd8661a7b86a9981195e





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu