Xəbərlər

100 kiloluq sahibsiz it hər kəsi təəccübləndirdi

Rusiyada küçələrdən birində tapılan 100 kiloqramlıq sahibsiz it könüllüləri təəccübləndirib.

Millinews.az xəbər verir ki, bu barədə “VKontakte” sosial şəbəkəsində “Şəfqət NN” Nijni Novqorodun heyvanlara yardım xeyriyyə fondunun əməkdaşları məlumat veriblər.

Fondun əməkdaşları tərəzi üzərində uzanmış kök itin fotolarını sosial şəbəkələrdə yayımlayıb, onun müalicəsi və pəhriz qidası üçün ianə aksiyası elan ediblər. “Krugets” adı verilən heyvan uzun müddətdir piylənmədən əziyyət çəkir. Artıqçəkili it oynaq ağrıları yaşayır.

Köpək artıq dietoloq tərəfindən müayinə olunub, qan analizləri götürülüb və daha bir neçə araşdırmanın aparılması planlaşdırılır. Eyni zamanda, Krugets aparata uyğun olmadığı üçün könüllülər onu rentgen müayinəsindən keçirə bilmirlər. Müayinədən keçə bilmək üçün it ən azı iki dəfə çəki itirməlidir – 50 kiloqrama qədər.

Şərhlərdə sahibinin olmadığını nəzərə alan insanlar itin necə bu qədər kökəlməsi ilə maraqlanır. Bəziləri bazarda işləyən mərhəmətli satıcıların onu bəslədiyini ehtimal edirlər.

it

Sonrakı xəbər

Şavkat Mirziyoyev: "Xalqlarımızı birləşdirən əsas dəyər mədəniyyətdir"

-->




Oxumağa davam et

Reklam

İlgili Makaleler

Şərh yaz

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu