aa
Xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi


Ukrayna Prezidenti Volodimir Zelenski qış ərəfəsində enerji sahəsində göstərilən yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Millinews.az Report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

“Bu gün Azərbaycana təşəkkür etmək istəyirəm. Qış mövsümündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə razılığa gəldiyimiz kimi, enerjimizə də müvafiq yardım var. Başa düşürük ki, bu qışda çətinliklər keçmişdən az olmaya bilər. Hazırlaşırıq. Ukraynanın, insanlarımızın, enerjimizin dəstəyi çox vacibdir”, – o, axşam videomüraciətində bildirib.

Daha əvvəl Azərbaycanın ilin sonuna qədər paylayıcı şəbəkələrinin bərpası üçün avadanlıqları Ukraynaya verməsi planları açıqlanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


alt

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu