Meyxanaçı Namiq Qaraçuxurlu silsilə konsertlərinin ilkini Gəncə Dövlət Filarmoniyasında verib.
Musiqili gecədə maraqlı anlar yaşanıb.
Qarabağ qazisi səhnəyə çıxaraq 44 günlük müharibə dövründə efirə çıxmadığı üçün Qaraçuxurluya təşəkkürünü bildirib və ona “Dəmir yumruq” fiquru hədiyyə edib.
Bundan əlavə şəhid analarından biri Namiqə yaxınlaşaraq mərhum oğlu Amal üçün “Möcüzə” mahnısını səsləndirməsini istəyib.
Qaraçuxurlu onun xahişini yerinə yetirib. / olay.az